Xəbərlər
Paralimpiyaçı cüdoçular Bakı-2015 Avropa Oyunlarında böyük uğur qazandılar
2015-06-21

Paralimpiyaçı cüdoçular arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Abdullayeva ispaniyalı Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Nataliya Nikolayçuku məğlub edərək finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda görüşdə digər Ukrayna təmsilçisi İnna Çernyaka məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli olub. Ukraynalı Nataliya Nikolayçuk və almaniyalı Romano Brussiq yarışı üçüncü pillədə başa vurublar.

Kişi paralimpiyaçı cüdoçuların 90 kiloqramdan yuxarı çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunub. Mübarizəyə yarımfinaldan qoşulan ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev yunanıstanlı atlet, dünya kuboku yarışlarının bürünc mükafatçısı Klimis Papaçristosu ipponla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominova qalib gələn İlham Zəkiyev Azərbaycana 18-cı qızıl medalı qazandırıb. Yarışın bürünc medallarına Azərbaycan cüdoçusu Zakir Mislimov və rusiyalı Aleksandr Paraşyuk sahib olublar.

 

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013