Xəbərlər
Cüdoçularımız Avropa çempionatına hazırlaşırlar
2015-10-05
ARMPK-nin cüdo idman növü üzrə milli komandası Gürcüstanın Kobuleti şəhərində keçirilən təlim məşq toplantısından vətənə geri dönmüşlər. Milli komandanın baş məşqçisi İbrahim İbrahimovun sözlərinə əsasən Gürcüstanda təşkil olunan təlim məşq toplantısı çox səmərəli keçmiş, idmançıların fiziki göstəricilərinin artmasına səbəb olmuşdur. Əminəm ki, bu məşqlərin səmərəsi 24-30 noyabr 2015-ci il tarixlərində Portuqaliyada keçiriləcək Avropa çempioantında öz müsbət nəticələrini göstərəcəkdir. Qeyd edirik ki, ARMPK-nin cüdo idman növü üzrə komandası 2016 Rio-De-Janeyro yay Paralimpiya Oyunlarına 66 və 73 kq çəki dərəcəsində ilk iki lisenziyasını ötən ilin sentyabr ayında qazanmış və noyabr ayında keçiriləcək Avropa çempionatında lisenziyaların sayını artırmaqda qərarlıdırlar.

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013