Xəbərlər
Məqsədim paralimpiya oyunlarında çempion kimi üçüncü dəfə Azərbaycan bayrağını qaldırmaqdır.
2015-10-06

Oleq Panyutin-atletika idman növü üzrə ikiqat paralimpiya çempionu, və paralimpiya oyunlarının gümüş və bürünc mükafatçısı:"Məqsədim növbəti Paralimpiya Oyunlarında qalib kimi üçüncü dəfə Azərbaycan bayrağını qaldırmaqdır.
Qalib olaraq dünyanın ən möhtəşəm idman arenalarında bayrağımızı yüksəklərə qaldırmaq mənim üçün həm şərəfli, həm də təkrarolunmaz hisslərimin həyata keçməsi, bir daha yüksək zirvələri fəth etməyə ruhlandırır. 2016-cı il XV Rio-De-Janeyro yay Paralimpiya Oyunlarına hazırlığımı da məhz bu istiqamət də qurmağa çalışıram. Gündəlik gərgin məşq edirəm və məqsədim qarşıda iştirak edəcəyimiz Qətərin Doha şəhərində keçiriləcək lisenziya xarakterli Dünya çempionatında çempion olmaq və lisenziya qazanmaqdır. İnanıram ki, mənə yaradılan bu şəraitdən və Paralimpiya Komitəsinin rəhbərliyinin xüsusi diqqət və qayğısından bəhrələnərək istəyimə nail olacağam.
London Paralimpiya Oyunlarından qayıtdıqdan sonra ölkə Prezidentinin biz paralimpiyaçılara göstərdiyi isti münasibəti və qayğıkeşliyini unuda bilmirəm. Çox istərdim ki, bu hissləri bir daha yaşayım."


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013