Xəbərlər
Uşaq Paralimpiya İdman Oyunları
2015-10-09

06 noyabr  2016-cı  il  tarixdə  Sumqayıt  Paralimpiya  idman  kompleksində  Milli Paralimpiya  Komitəsi  və  "Azercell"  Telecom  MMC-nin  birgə  təşkilatçılığı ilə  respublikada ilk   dəfə  olaraq  UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçiriləcəkdir.

          Oyunlarda  respublikanın müxtəlif  reqionlarından  olan  uşaq  paralimpiyaçıları  4  idman  növündə  (cüdo, üzgüçülük, masaüstü  tennis  və boccia)  öz  güclərini  sınayacaqlar. Ümumiyyətlə,  bu yarışlara  50-dən  cox  sağlamlıq  imkanları  məhdud  uşaqlar  qatılacaqdır.

        Qeyd  edək   ki,  beynəlxalq  təcrübədə  ilk  dəfə  olaraq  Milli  Paralimpiya  Komitəsi  saglamlıq  imkanları  məhdud  uşaqların  kütləvi  şəkildə  idmana  cəlb  olunmalarını  öz himayəsinə  götürərək,  2013-cü  ilin  sentyabr  ayında  Komitənin  nəznində Uşaq  Paralimpiya  Komitəsi  yaratmışdır. Bu komitənin yaradılmasında  əsas  məqsəd  ehtiyat  idmançıların  hazırlanması  ilə  yanaşı, saglamlıq  imkanları  məhdud  uşaqların  abilitasiya  və  reabilitasiya  yolu ilə  cəmiyyətə  inteqrasiya  olunmasına  dəstək  verməkdir.

 

          Respublikada  Uşaq  Paralimpiya  Hərəkatının  inkişaf  etdirilməsi  məqsədi ilə  "Azercell"  Telecom  MMC  qarşılıqlı  əməkdaşlıq  çərçivəsində  Milli Paralimpiya  Komitəsinə  dəstək  verir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013