Xəbərlər
Atletlərimiz dünya çempionatından vətənə böyük uğurla geri döndülər
2015-11-01

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə Dünya çempionatından idmançılarımız vətənə geri döndülər. H.Əliyev adına beynəlxalq hava limanında idmançılarımızı Komitə nümayyəndələri və azarkeşlər coşquyla qarşıladılar. Ölkəmizi təmsil edən paralimpiyaçılar Dünya çempionatından ümumilikdə 6 medal və 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına  4 lisenziya ilə geri döndülər. İradə Əliyeva nizə atma idman növündə qızıl (Dünya rekordçusu- birbaşa lisenziya)Kamil Əliyev uzunluğa tullanma idman növündə qızıl (birbaça lisenziya)Elena Çebanu 100 m qaçışda gümüş (birbaşa lisenziya)Elçin Muradov-gümüş (birbaça lisenziya)Elena Çebanu 200 m qaçışda bürüncSamir Nəbiyev disk atma idman növündə bürünc medallara sahib olublar.Beləliklə Milli Paralimpiya Komitəsi 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına 11 lisenziya qazanmışdır.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013