Xəbərlər
Paralimpiyaçı cüdoçularımız Avropa çempionatına yola düşürlər
2015-11-23

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası 24-30 noyabr 2015-ci il tarixlərində Portuqaliyanın Odivellas şəhərində keçiriləcək 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına yola düşürlər. Eyni zamanda qeyd edirik ki, bu idman növü üzrə artıq 2 çəki dərəcəsində lisenziya qazanılmışdır. Bunlar 66 kq çəki dərəcəsində Bayram Mustafayev və 73 kq çəki dərəcəsində Ramil Qasımovdur.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013