Xəbərlər
Cüdoçularımız Avropa çempionatına möhtəşəm qələbə qazandılar
2015-11-28

Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazandılar.100+  kq çəki dərəcəsində çıxış edən İlham Zəkiyev altıqat Avropa çempionu olmaqla yanaşı komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazandılar. Bunlardan 100+ kq çəki dərəcəsində ilham Zəkiyev qızıl,73 kq çəki dərəcəsində Ramil Qasımov qızıl,66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl,57 kq çəki dərəcəsində Səbinə Abdullayeva gümüş,81 kq çəki dərəcəsində Rövşən Səfərov gümüş, 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar.İdmançılarımızı təbrik edirik!


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013