Xəbərlər
Növbəti ildə Şəmkir rayonunda Uşaq Paralimpiya Komitəsinin bölməsinin yaradılması planlaşdırılır
2015-12-17

Bu gün Milli Paralimpiya Komitəsində Birinci vitse prezident, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri Natiq Qasımov, Komitənin şobə müdiri, Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədr müavini-icraçı direktor Kamal Mamedov, Şəmkir rayon sakini Mətanət Quliyeva ilə rayonda sağlamlıq imkanları məhdud uşaqlarin idmana cəlb olunmaları istiqamətində müzakirələr aparilmişdır. Görüşdə Uşaq Paralimpiya Komitəsinin Şəmkir rayonunda bölməsinin yaradılması imkanları müzakirə edilmiş və 2016-cı ildə bölmənin yaradilmasınin mümkünlüyü qeyd olunmuşdur. Bu istiqamətdə hazırlıq işlərinin görulməsi ücün M.Quliyevaya müvafiq təlimatlar verilmişdir. Hazırlıq işləri başa catdıqdan sonra, 2016-cı ilin mart-aprel aylarında Komitənin mütəxəssislərinin Şəmkir rayonunu ezam edilmələri planlaşdırılmışdır. Geyd edək ki, görüş M.Quliyevanın təşəbbüsü ilə baş tutmuşdur.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013