Xəbərlər
Boccia idman növü üzrə II "Seni Cup" turniri keçirildi
2015-12-18

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "SENİ" firmasının dəstəyi ilə  18 dekabr 2015-ci il tarixində Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə II "SENİ CUP" turniri  keçirilmişdir.BOCCİA idman növü Milli Paralimpiya Komitəsinin  təşəbbüsü ilə 2 ildir ki  Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 7 təlim mərkəzi yaradılmışdır.  BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində,populyarlıq qazanaraq, 50 ölkədə keçirilir və surətlə inkişaf edir.  "SENİ CUP" turnirində  BC1, BC2 və BC4 kateqoriyalarında  Uşaq Paralimpiya Komitəsinin, " Əlil İdmançılara Dəstək", "Gülsam", "İstedadlı Əlillər" ictimai birliklərinin, "Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiya" mərkəzinin,  "Sun Light" idman klubunun və 1 saylı saglamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət muəssisəsinin yetirmələri olmaqla,  ümumilikdə 32 idmançı mübarizə aparmışdır. Turnirdə  Gənclər və  İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na dəstək şurasının  , Azərbaycan Milli  Paralimpiya  Komitəsinin, bir sıra dövlət  və  qeyri-hökumət  təşkilatlarının  nümayəndələri  iştirak  etmişlər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə "SENI" firmasının koordinatoru cənab Mixail Kopaç və Turkiyənin BOCCİA idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurmuşdular.Açılışda ARMPK-nin Prezidenti cənab İlqar Rəhimov çıxış edərək BOCCİA idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini qeyd etmiş, 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya oyunlarında bu idman növü ilə də təmsil olacağını bildirmiş, idmançılara uğurlar arzulayaraq II "SENI CUP" turnirini açıq elan etmişdir.5 saat davam edən gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Rəşidli Arzu bürünc, Səlimov Samir gümüş, "Gülsam" İB-nin idmançısı Səlimova Gülnarə qızıl, BC-2 kateqoriyasında Cəfərova Aygün bürünc, Hüseynov Asim gümüş və Uşaq Paralimpiya Komitəsinin idmançısı Bayramov Rüfət qızıl, BC-4 kateqoriyasında isə Quliyeva Çimnaz bürünc, İslamov Xəyal gümüş və "Əlil idmançılara dəstək" İB-nin idmançısı Kərimli Fariz qızıl medala sahib olmuşlar.Qaliblər diplom, medal və kubok ilə təltif edilmişdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013