Xəbərlər
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycana gəlir.
2016-01-28

Beynəlxalq  Paralimpiya  Komitəsinin  prezidenti  Ser  Filip  Kreven  Azərbaycan  Milli  Paralimpiya  Komitəsinin  20  illik  yubileyi  tədbirlərində  iştirak  etmək  üçün  7-10  fevral  tarixlərində  Bakıda  səfərdə  olacaqdır.  Onu  Beynəlxalq  paralimpiya  hərəkatının  7  nəfər  görkəmli  şəxslərindən  biri,  Paralimpik  Ordeninin  mükafatçısı, Böyük  Britaniya  Paralimpiya  Assosiyasiyasının  fəxri  vitse  prezidenti  Entoni  Seynsburi  müşayət  edecekdir. Səfər  müddətində  Ser  F. Kreven  yubiley  tədbirlərində  iştirak  etməklə  yanaşı,  bir  sıra  rəsmi  görüşlər  keçırəcəkdir.  O,  Milli  Paralimpiya  Komitəsinin  və  Uşaq  Paralimpiya  Komitəsinin  idmançıları  və  məşqçi  heyəti  ilə  də  görüşəcəkdir.

       Qeyd  edək  ki,  Ser Filip  Kreven  2001-ci ildən  Beynəlxalq  Paralimpiya  Komitəsinin  prezidenti,  2003-cü  ildən  Beynəlxalq  Olimpiya  Komitəsinin üzvü və Benəlxalq "Ədalətli  Oyunlar"  Komitəsinin  administrativ  üzvüdür. O,  Böyük  Britaniya  və  Şimali  İrlandiya   Birləşmiş  Krallıqlarının  fəxri  cəngavər-bakalavrıdır.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013