Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkür məktubu
2016-02-03

Azərbaycan Respublikasının Prezidenti 
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Azərbaycan Milli Paralimpiya Komitəsi üzvlərini dövlət mükafatları ilə təltif etdiyinizə görə bütün kollektiv adından Sizə öz təşəkkürümüzü bildiririk. Bu təltiflər, ötən müddət ərzində gördüyümüz işlərə verilən ən yüksək və ali qiymətdir. Eyni zamanda bu bizim üçün böyük məsuliyyətdir. 
Cənab Prezident,
Bundan sonra da Azərbaycanımızın müqəddəs adının daha da yüksək zirvələrə qaldırılması, ulu öndər Heydər Əliyevin müstəqil ölkəməzin inkişafı ilə bağlı ideyalarının həyata keçirilməsi naminə bütün bacarıqlarımızı istifadə edəcək və əzmlə çalışacayıq. Bir daha Sizə öz təşəkkürümüzü bildirirk.

Azərbaycan Milli 
Paralimpiya Komitəsi


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013