Xəbərlər
Atletlərimiz “FƏZZA” Qran-Pri turnirinə yola düşdülər
2016-03-14

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası 14 mart tarixində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşmüşdür. 
Atletika üzrə paralimpiya milli komandamız 16-21 mart tarixində Dubayda keçiriləcək 8-ci "FƏZZA" Qran-Pri turnirinə qatılacaq. Rio-2016 Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq. 
Onlar arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda dünya rekordçusu var.
Xatırladaq ki, Paralimpiyaçılarımız Brazilyada keçiriləcək yay paralimpiya oyunlarına, bu günə qədər 16 lisenziya qazanıblar.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013