Xəbərlər
Paralimpiyaçılarımız Şabran rayonunda keçirilən at yarışında iştirak ediblər
2016-03-14

Şabran Rayonunda Ənənəvi At Yarışları Keçirilib
Bu gün Şabran rayonunun Ağalıq kəndində Novruz bayramı münasibətilə ənənəvi at yarışları təşkil olunub. Yarışın final mərhələsində 20 çapar mübarizə aparıb. Finalçılar rayonun 68 kənd və yaşayış məntəqəsində təşkil edilən yarışlardan sonra seçilib. Novruz bayramı ərəfəsində təşkil edilən yarışda qədim adət-ənənələr də nümayiş etdirilib. Yarışa başlamazdan öncə novruz tonqalı alovlandırılıb. Sayca 9-cu dəfə təşkil edilən at yarışlarında ikiqat paralimpiya çempionu İlham Zəkiyev və Vüsalə Kərimova da qonaq qismində iştirak edib. Turnirin keçirilməsində əsas məqsəd bu qədim xalq idman növünü yaşatmaq, eləcə də bacarıqlı idmançıları aşkara çıxarmaqdır.
Yarış 5 mərhələdən ibarət olub. Hər mərhələnin qalibləri isə sonda final mərhələsində mübarizə aparıb. 500 metrlik cıdır zolağında çaparlar qalib gəlmək üçün əzmkarlıq göstərib. Gərgin mübarizə şəraitində davam edən yarışda rayonun Ağalıq kənd sakini Mirxəlil Ağayev "Şimşək" adlı atı ilə qalib olub. Qalib gələn çaparlara kubok, fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub. Yarışın Fəxri qonağı İlham Zəkiyev də xüsusi diplomla təltif edilib.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013