Xəbərlər
Əlil arabasında idman rəqsi festivalı
2016-06-25

İyunun 25-də Bakı bulvarında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş əlil arabasında idman rəqsi üzrə beynəlxalq rəqs festivalı keçirilib.

Festivalın aparıcıları tərəfindən Azərbaycanda idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın uğurlarından, ölkəmizdə paraolimpiya hərəkatının inkişafından söz açılıb. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması və cəmiyyətə inteqrasiyasında idmanın imkanlarından istifadənin nəhəng addım olduğu xüsusi vurğulanıb.

Festivalda Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olmaqla 19 idmançı-rəqqas iştirak edib.

Səhnədə biri-birindən maraqlı rəqs nümayiş etdirən paralimpiyaçılar alqışlarla qarşılanıb.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013