Xəbərlər
BDU-nin tələbələri ilə görüş
2016-05-23

təsinin vitse-prezidenti Şaiq Həmidov çıxış edərək paralimpiya idman növləri və qaydaları haqqında məlumat vermiş və ölkəmizi təmsil edəcək idmançıların adlarını açıqlamışdır. Paralimpiyaçı idmançılar Səbinə Abdullayeva və Aynur Məmmədova tələbələrə öz həyat hekayələri və onları uğura aparan heyat yolu ilə bölüşmüşlər. Görüşün məqsədi 2016-cı ilin sentyabr ayında Braziliyanın Rio-De-Janeyro şəhərində XV yay paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçıları, iştirak edəcək idman növlərini, bu idman növlərinin qaydalarını, tibbi təsnifat haqqında əhaliyə məlumat verərək, seyirci və tərəfdaş kütləsinin çoxalmasına nail olmaqdır. Bu istiqamətdə görüləcək işləri KİV-də geniş işıqlandırmaq vəzifələrimizdən ən əsasıdır. Layihə, yay paralimpiya oyunlarına hazırlıq mərhələsini və oyunların keçiriləcəyi zamanı əhatə etdiyi üçün, böyük önəm daşıyır və bu ilin ən aktual mövzüsu olduğundan, görüləcək işlər Rio-De-Janeyro XV yay paralimpiya oyunlarında idmançılarımızın çıxışlarına müsbət təsir göstərəcək və əhalinin idmana marağını daha da artıracaqdır.
Tədbirdə tələbələri maraqlandıran suallara əhatəli cavablar verilmişdir. Maraqlı görüşün sonunda universitet tələbələrinə paralimpiyaçılara həsr olunmuş videoçarxlar nümaiş etdirilmişdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013