Xəbərlər
Paralimpiyaçılar beynəlxalq festivalda
2016-07-29

Milli Paralimpiya Komitəsinin və "AZAL" Azərbaycan Hava Yollarının dəstəyi ilə "Əlil İdmançılara Dəstək" İctimai Birliyinin üzvü, Milli Paralimpiya Komitəsinin idmançıları Bahar Şıxıyeva, Azadə Abdullayeva, Vüsalə Kərimova və tərəf müqavili Fərid Mehtiyev Belarusiyanın Minsk şəhərində 02-07 avqust 2016-cı il tarixində Beynalxalq festivalda iştirak edəcəklər.

Festival çərçivəsində iki idman növü üzrə yarış keçiriləcək.

Bouling idman növü yarışında Bahar Şıxıyeva, Əlil arabasında idman rəqsi üzrə Vüsalə Kərimova və Fərid Mehdiyev Azərbaycanı təmsil edəcəklər. 

Yarışlardan sonra Azadə Abdullayeva paraşutla 3500 metr hündürlükdən tullanmaq üzrə ölkəmizi festivalda təmsil edəcək. Bununla yanaşı idmançılarımız Vüsalə Kərimova və Bahar Şıxıyeva da paraşutla tullanacaqlar. Bu lahiyə Belarusiyanın "Əlil İdmançılara Dəstək Fondu" və Azərbaycan Respublikası "Əlil İdmançılara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə keçirilir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013