Xəbərlər
Paralimpiyaçılara dəstək məqsədi ilə Gazelli Group LTD töhfəsi
2016-08-01

Paralimpiyaçılara dəstək məqsədi ilə daha bir tədbir keçirilib. "Gazelli Group" şirkətinin təşkilatçılığı ilə baş tutan yarışda Milli Paralimpiya Komitəsinin oturaq voleybol komandası iştirak edib. 

Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov son dövrdə ölkəmizdə paralimpiya hərəkatının surətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Rio-2016 Paralimpiya Oyunları öncəsi bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. 

Mərasimdə ikiqat paralimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyev də iştirak edib. Rio-2016-ya sayılı günlərin qaldığını vurğulayan idmançı, komandamızın uğur qazancağına inandığını bildirib. 

Oturaq Voleybol idmanı üzrə milli komandanın baş məşqçisi Tərlan Hacızadə təşkilatçılara dərin təşəkkürünü bildirdi. Rio-ya vəsiqə qazanan idmançılara uğurlar arzuladı. 

Tədbir Milli Paralimpiya Komitəsinin "Əlil arabasında idman rəqsi üzrə" milli komandasının üzvləri Vüsalə Kərimova və Fərid Mehdiyevin gözəl çıxışı ilədə yadda qaldı. 

Mərasimdə Paralimpiyaçılarla yanaşı Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvləri də iştirak edirdi.

Sonda idmançılara Milli Paralimpiya Komitəsi və "Gazelli Group" şirkəti tərəfindən hədiyyələr təqdim edildi. 


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013