Xəbərlər
Paralimpiyaçı qızlarımız Belorusiyadan vətənə böyük uğurla qayıtdılar
2016-08-09

Azərbaycan Milli Paralimpiya Komitəsinin və Azəbaycan Hava Yolları (AZAL) QSC-nin dəstəyi ilə, Milli Paralimpiya Komitəsinin idmançıları Bahar Şıxıyeva, Azadə Abdullayeva, Vüsalə Kərimova və onun tərəf müqabili Fərid Mehdiyev 02-07 avqust 2016-cı il tarixlərində Belarusiyanın Minsk şəhərində keçirilən Beynalxalq Festivalda iştirak etmişlər. Festival çərçivəsində Əlil arabasında idman rəqsi, Boulinq və hündürlükdən paraşutla tullanma idman növləri üzrə yarışlar keçirilmişdir. Əlil arabasında idman rəqsi üzrə Belorusiyanın açıq çempionatında ölkəmizi təmsil edən Vüsalə Kərimova və Fərid Mehdiyev 2 nominasiyada ( Kombi Latino və Kombi freestyle) ən yüksək nəticə göstərərək qızıl, Bouling idman növü üzrə yarışda Vüsalə Kərimova qızıl, paraşutla tullanma idman növündə isə Azadə Abdullayeva qızıl və Bahar Şıxıyeva bürünc medala sahib olmuşdular. Bu lahiyə Belarusiyanın "Əlil İdmançılara Dəstək Fondu" və Azərbaycan Respublikası "Əlil İdmançılara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə keçirilir. Yarışların nəticələrinə görə idmançılarımız cari ilin sentyabr ayında Fransada keçiriləcək paraşutla tullanmna idman növü üzrə Dünya kubokunda iştirak edəcəklər.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013