Xəbərlər
ARMOK-nin prezidenti İlqar Rəhimov məşqçilərlə görüş keçirdi
2016-08-20

Avgust ayının 20-də Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, 2016 Rio XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək idman növlərinin məşqçiləri və komitənin mütəxəssisləri ilə görüş keçirmişdir. O, idmançıların Rio Paralimpiya oyunlarından öncə dopinq nəzarətindən keçmələrini, həmçinin idmançıların yarışlara psixoloji hazırlığının vacibliyini qeyd etmişdir. İlqar Rəhimov, olimpiyaçıların uğurlarını qeyd edərək, milli paralimpiya komandasının idmançılarının bu uğuru davam etdirərək, ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Milli Paralimpiya Komandalarının Rio 2016 XV Yay Paralimpiya oyunlarında iştirak edəcək idman növlərinin maşqçiləri idmançıların hər birinin hazırlığı və son təlim məşq toplantılarının yekunları barədə məlumat vermişdir. Görüşdə oyunlara ümumi hazırlığın son vəziyyəti geniş müzakirə edilmişdir.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsi Rio 2016 XV Yay Paralimpiya oyunlarında 6 idman növündə 24 idmançı ilə təmsil olunacaq.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013