Xəbərlər
Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi.
2016-09-05

Bu gün Rio-de-Janeyro şəhərinin paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilmişdir.
Mərasimdə paralimpiyaçı idmançılarla yanaşı Azərbaycandan gəlmiş qonaqlar və Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndəsi iştirak etmişdir.
Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə Azərbaycan xalçaçılıq sənətinin nümünəsi kimi kiçik ölçülü nəfis şəkildə toxunmuş xalça təqdim etmişdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013