Xəbərlər
XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi.
2016-09-08

Sentyabrın 8-də Bakı vaxtı ilə saat 01:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015" birinci Avropa Oyunlarının çempionu və komandamızın kapitanı, milli geyimdə olan İlham Zəkiyev aparıb. Komandamızın bayraqdarının geyimini Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova hazırlayıb.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013