Xəbərlər
II Uşaq Paralimpiya İdman Oyunları
2016-11-11

11 noyabr 2016-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, "Azercell Telekom" MMC və "UNİCEF" in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçirilmişdir.
Oyunlarda respublikanın müxtəlif reqionlarından, həmçinin Naxçıvan MR-dan olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınamışlar. Ümumiyyətlə, bu yarışlara 70-ə qədər sağlamlıq imkanları məhdud uşaqlar qatılmışdır. 
Oyunların açılışında Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov, UNİCEF-in Azərbaycan nümayyəndəliyinin rəhbəri Edvard Kavardini, Azercell Telecom MMC-nin rəhbəri Vahid Mürsəliyev çıxış edərək ölkəmizdə Uşaq Paralimpiya hərəkatının genişlənməsini qeyd etmiş, uşaq-idmançılara uğurlar arzulamışlar.
Oyunlarda 14 medal dəsti üçün mübarizə aparılmışdır. Qaliblər kubok, medal və diplomlarla təltif olunmuşlar.

Beləliklə, Qolbol idman növü üzrə 1-ci yerə sahib olmuş komanda üzvləri Səfərov Nicat, Mirzəcanov İldırım, İmamzadə İsmayıl, 2-ci yerə sahib olmuş komanda üzvləri Niftəlizadə Ağaməli, Əliyev Murad, Əliyev Sənan, Qulamov Pərvin oldu.

Boccia idman növü üzrə BC4 koteqoriyasında Yunisova Gilə 1-ci yerə, Səfərquliyeva Fidan 2-ci yerə, Yunisov İlqar 3-cü yerə; BC2 koteqoriyasında isə 1-ci yerə Rüfət Bayramov, 2-ci yerə Babazadə Qismət, 3-cü yerə Hüseynov Asim sahib olmuşlar.

Masaüstü tennis idman növündə Qasımova Aytac 1-ci yerə, Əsədli Urfan 2-ci yerə, Əhmədov Ülvi 3-cü yerə sahib olmuşdur.

Üzgüçülük idman növü üzrə USP 1-ci kateqoriyada Süleymanov Kamil 1-ci yerə, Həsənov Nicat 2-ci yerə, Ağazadə Vasif 3-cü yerə; USP 2-ci kateqoriyada isə 1-ci yerə Nəsibov Aqil, 2-ci yerə Cahangirli Səbuhi, 3-cü yerə Qasımov Murad sahib olmuşdur. Görmə məhdudiyyətli uşaqlar arasında Mirzəyev İbrahim 1-ci yerə, Şaxov Şamil 2-ci yerə, Mirzəyev İsaq 3-cü yerə çıxmışdır. Qarışıq 1 kateqoriyasında Səfərəlizadə Əli 1-ci yerə, Nuriyev Ayxan 2-ci yerə, Əlyarov Amin 3-cü yerə; Qarışıq 2 kateqoriyasında isə 1-ci yerə Hüseynov Məhiyyətdin, 2-ci yerə Haqverdiyev İntiqam, 3-cü yerə Muxtarlı Yusif sahib olmuşdur. Amputasiyalı uşaqlar arasında Həbibzadə Murad 1-ci yerə, Muradov Kənan 2-ci yerə, Novruzzadə Fərid 3-cü yerə çıxmışdır.

Cüdo idman növü üzrə 42 kq çəki dərəcəsində 1-ci yerə Zəkiyev İlkin, 2-ci yerə Mirzəyeva Həcər, 3-cü yerə İsmayılzadə Anar;
50 kq çəki dərəcəsində 1-ci yerə Tanrıverdiyeva Fidan, 2-ci yerə Muradov Naib, 3-cü yerə Abdullazadə Bilal;
60 kq çəki dərəcəsində 1-ci yerə Alverdiyev Şamil, 2-ci yerə Şirinov Əli, 3-cü yerə Muradov İsmayıl;
66 kq çəki dərəcəsində 1-ci yerə Poladov Polad, 2-ci yerə Alverdiyev Ramil, 3-cü yerə Babayev Elvin sahib olmuşdur.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013