Xəbərlər
Azərbaycanın paralimpiya növləri üzrə yığmalarında baş məşqçi dəyişiklikləri edilib
2016-11-28

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə, Komitənin iclası keçirilmişdir. "XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının yekunları və XVI Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq haqqında" məsələ müzakirə edilmişdir. İclasda XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunmuşdur. Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məçqçlər vəzifələrindən kənarlaşdırılmişlar. Nəticə olaraq, Güllə atıcılığı, Atletika, Kamandan oxatma, Boccia və Stolüstü tennis idman növləri üzrə yeni baş məşqçlər təyin olunmuşlar. Beləliklə, ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov Güllə atıcılıgı , İlham Məhərrəmov Boccia idmanı , bununla yanaşı Alaverdi Culfayev üzgüçülük , Qubuşova Ruqiyyə stolüstü tennis, Hacızadə Tərlan Oturaq valeybol, Asəf Məlikov Qılıncoynatma, İlqar İbişov Pauerliftinq , Zahir Abdullayev Qolbol, Aleksandr Barabanov Avarçəkmə və Natiq Abbasov Kanandan oxatma idman növü üzrə milli komandalarin baş məşqçləri təyin edilmişlər. 
İclasda Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə, növbəti 4 il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda paralimpiya hərəkatının sürətli inkişafını təmin etmək, seleksiya işlərinin aparılması və paralimpiya dəyərlərinin cəmiyyət arasında təbligini gücləndirmək məqsədi ilə respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçırılməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013