Xəbərlər
Boccia idman növü üzrə üzrə III “SENI Cup” turniri
2016-12-14

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov AMPK tərəfindən 2013-cü ildən ölkəmizdə boccia idmanının təbliğinə başlanıldığını vurğulayıb. O, boccianın Azərbaycanda sürətlə inkişaf etməsindən, çoxlu sayda fiziki imkanları məhdud gəncin idmanın bu növünə böyük maraq göstərdiyini bildirib.

"SENI" firmasının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Məmmədov və boccia üzrə Türkiyə millisinin baş məşqçisi Nihat Yılmaz turnirin əhəmiyyətini yüksək qiymətləndirib, idmançılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra İlqar Rəhimov turniri açıq elan edib.

http://azertag.az/xeber/Boccia_idmani_uzre_III_SENI_Cup_respublika_chempionatinin_achilis_merasimi_kechirilib-1019373#.WFIsy4e-Vb8.facebook


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013