Xəbərlər
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin V Hesabat seçki yığıncağı keçirilmişdir
2017-03-03

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin

V Hesabat seçki yığıncağı keçirilmişdir

03 mart 2017-ci il tarixində Milli Olimpiya Komitəsinin binasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin V Hesabat seçki yığıncağı keçirilmişdir. Yığıncaqda aşağıdakı məsələlər müzakirə edilmişdir:

1.        Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2013-2016 - cı illər üzrə  fəaliyyəti barədə hesabatı.

2.        Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nəzarət təftiş Komissiyasının hesabatı.

3.        Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin " 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar   2017 - 2020 - cı illər üçün  Stratejı fəaliyyət Planı" haqqında.

4.        Təşkilatı məsələlər:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2013-2016 - cı illər üzrə  fəaliyyəti barədə hesabatı, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dörd illik fəaliyyətinin qənaətbəxş edilməsi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin " 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar   2017 - 2020 - cı illər üçün  Stratejı fəaliyyət Planı" nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilmişdir. Sonra rəhbər orqanlara seçkilər keçirilmişdir. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilmişdir. Natiq  Qasımov Komitənin birinci vitse prezidenti, İlham Zəkiyev Vitse prezident, Şaiq Həmidov isə Baş katib vəzifələrinə seçilmişlər.

   Hesabat secki yığıncağında Komitənin İcraiyyə Komitəsinin və Nəzarət-təftiş komisiyyasının tərkibinə aşağıdakı şəxslər seçilmişlər:

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin

İcraiyyə Komitəsinin üzvləri

 

1. Rəhimov  İlqar Elxan oğluARMPK-nin  prezidenti, İcraiyyə komitəsinin sədri

2. Qasımov  Natiq Misir oğlu  ARMPK-nin I Vitse prezidenti, İcraiyyə komitəsinin sədr müavini

3. Zəkiyev İlham Əzizağa oğlu - ARMPK-nin Vitse prezidenti, İcraiyyə komitəsinin üzvü

4. Həmidov  Şaiq  Məmməd oğlu - ARMPK-nin Baş Katibi, İcraiyyə komitəsinin katibi

5. Əliyev  Rauf  Asif  oğlu - Milli Məclisin deputatı, İcraiyyə komitəsnin üzvü

6. Sadıxov  Sadıx Asəf  oğlu - "Neftçi"İS  icraçı direktoru, İcraiyyə komitəsinin üzvü

7. Məmmədov  Aydın Ağaəli oğlu - AGİN-nin sektor müdiri, İcraiyyə komitəsinin üzvü

8. Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin        prezidenti, İcraiyyəkomitəsinin üzvü

9. Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbəmüdiri, İcraiyyə komitəsinin üzvü

10.Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi, İcraiyyə komitəsinin üzvü

11.Hacıyev Yaşar Fərəc oğlu - Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru, İcraiyyə komitəsinin üzvü

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin

Nəzarə-təftiş komissiyasının üzvləri

1. Ağayev Nizami - ARMPK-nin Nəzarət  Təftiş Komissiyasının sədri

2.Vəliyeva Zinyət - ARMPK-nin Nəzarət  Təftiş Komissiyasının üzvü

3.Vüsalə Kərimova - ARMPK-nin Nəzarət  Təftiş Komissiyasının üzvü


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013