Xəbərlər
Sumqayıt Paralimpiya İdman Kompleksində paracüdo idman növü üzrə Respublika çempioantı keçirilmişdir
2017-03-04

04 Mart 2017-ci il tarixində Sumqayıt Paralimpiya İdman Kompleksində paracüdo idman növü üzrə Respublika çempioantı keçirilmişdir. Qadınlar arasında 57 kq çəki dərəcəsində 4, 70 kq çəki dərəcəsinə qədər 5 , kişilər arasında 66 kq çəki dərəcəsində 12, 73 kq çəki dərəcəsində 5 , 90 kq çəki dərəcəsində 5 və +100 kq çəki dərəcəsində isə 2 nəfər  olmaqla ümumilikdə 33 idmançı mübarizəyə qatılmışdılar.

Yarışın açılışında ARMPK-nin prezidenti cənab İlqar Rəhimov, Komitə nümayyəndələri və çox saylı qonaqlar iştirak etmişdilər. Komitə prezidenti İ. Rəhimov açılış sözündə  yarışın əhəmiyyətini qeyd edərək idmançılara uğurlar arzulamışdır.

Yarışın nətcilərinə görə

Qadınlar arasında 57 kq çəki dərəcəsində

1-ci yerin sahibi Alməmmədova Şəhanə (SMQ klubu)

2-ci yerin sahibi Vəliyeva Sevda (BKU klubu)

3-cü yerin sahibi Sultanova Afaq (MPK)

Qadınlar arasında 70 kq çəki dərəcəsinə qədər kateqoriyasında

1-ci yerin sahibi Kasdayeva Ramilə (BKU klubu)

2-ci yerin sahibi Tanrıverdiyeva Fidan (SMQ klubu)

3-cü yerin sahibi Ağayeva Turanə (BKU klubu)

Kişilər arasında 66 kq çəki dərəcəsində

1-ci yerin sahibi Bayram Mustafayev (MPK)

2-ci yerin sahibi Orxan Qarayev (MPK)

3-cü yerin sahibi Cəfərov Pərviz (BKU klubu)

3-cü yerin sahibi Poladov Polad (SMQ klubu)

 

Kişilər arasında 73 kq çəki dərəcəsində

1-ci yerin sahibi Rəhimli Hüseyin (MPK)

2-ci yerin sahibi Qasımov Ramil (MPK)

3-cü yerin sahibi Talıbov Natiq (SMQ klubu)

Kişilər arasında 90 kq çəki dərəcəsində

1-ci yerin sahibi Səfərov Rövşən (SMQ klubu)

2-ci yerin sahibi Əliyev Ramin (MPK)

3-cü yerin sahibi Novruzzadə Natiq (BKU klubu)

Kişilər arasında +100 kq çəki dərəcəsində

1-ci yerin sahibi Abdulxanlı Kənan (MPK)

2-ci yerin sahibi Alışov Şəmsi (SMQ klubu)

Qaliblər kubok, medal və diplomla mükafatlandırılıblar.

Qeyd edirik ki, yarışın nəticələrinə görə  Bakı-2017 IV İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edəcək pacacüdoçular təyin olunacaq.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013