Xəbərlər
Milli Paralimpiya Komitəsində müşavirə keçirilmişdir.
2017-03-28

28 mart 2017-ci il tarixində Milli Paralimpiya Komitəsində komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə müşavirə keçirilmişdir.Müşavirədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək para atletika idman növü üzrə idmançıların hazırlıq vəziyyəti geniş müzakirə edilmişdir. Komitənin baş katibi, müvafiq şöbələrin müdirləri və atletika idman növü üzrə baş məşqçi oyunlara hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.

Qeyd olunmuşdur ki, idmançılar cari ilin fevral ayında Belarus Respublikasında təlim məşq toplantısında iştirak etmişlər. Sonra atletlərimiz mart ayında Dubayda keçirilən IX Fəzza Beynəlxalq Qran-pri yarışlarında uğurla çıxış edərək 5 qızıl, 5 gümüş və 1 bürünc medal qazanmışlar.Hazırda idmançların uğurlu çıxışları üçün lazımi tədbrlər davam etdirilir.
Cari ilin may ayında Bakıda keşiriləcək IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar cüdo və atletika idman növlərində iştirak edəcəklər. Ölkəmizi cüdo idman növündə 4-ü qadın olmaqla 12 idmançı, atletika idman növündə isə 2-si qadın olmaqla, 15 nəfər idmançı təmsil edəcək.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013