Xəbərlər
Yeni əməkdaşlıq memorandumu imzalanmışdır
2017-04-12

12Aprel 2017-ci il tarixində "Yeni Naftalan Hotel company" MMC-ninn baş ofisində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə "Yeni Naftalan Hotel company" MMC-e arasında anlaşma memarandumu imzalanmışdır.

İmzalanmış memoranduma əsasən Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin 10 idmançısı ( sağlamlıq imkanları məhdud uşaqlar) Naftalanda yerləşən "Naftalan Qaşaltı Otelində" müalicə reabilitasiya kursları keçecəkdir.

            Memorandumu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və "Yeni Naftalan Hotel company" MMC-nin direktoru  və  Hacı Qurbanov imzalamışdır. Tədbirin sonunda H. Qurbanova ARMPK-nin 20 illik yubiley münasibəti ilə təsis olunmuş medal təqdim olunmuşdur.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013