Xəbərlər
Bakı 2017 IV İslam Həmrəylik Oyunlarına hazırlıq
2017-04-13

13 aprel 2017-ci il tarixində Respublika Olimpiya Stadionunda Milli Paralimpiya Komitəsinin mütəxəssisləri tərəfindən "Bakı 2017 IV İslam Həmrəylik Oyunları"nın təşkilat Komitəsinin mütəxəssislərinə " Əlilliyin dərki, etiket qaydaları və davranış" mövzüsunda təlimlər keçirilmişdir. Bu təlimlərin əsas məqsədi "Bakı 2017 IV İslam Həmrəylik Oyunları"da əlilliyi olan insanları qarşılayan qurumlara və könüllülərə əlilliyi olan insanlarla danışıq və davranış etikalarının öyrədilməsi və əlil arabasının doğru idarə edilməsidir. Əlilliyi olan insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını cəmiyyətə çatdırmaqdır. Bildirik ki, "Bakı 2017 IV İslam Həmrəylik Oyunları"nın keçiriləcəyi bütün idman arenalarında əlil arabası istifadəçilərinin rahat hərəkət edə bilmələri üçün texniki şərait yaradılıb və əlilliyi olan insanları qarşılamaq üçün hazırdır.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013