Paralimpiya Himni

 

Köksümüzdə məşəltək yanar ürək döyünər,
İradəmiz önündə dağlar, zirvələr enər.
İnsan sağlam əqidə, sağlam ruhla öyünər -
Ağıl, qüvvə, ruh varsa, qələbə bizimlədir.

Var olsun Vətən, Ana torpaq.
Var olsun millət hər bir zaman.
Ucalsın əziz ulu bayrağ,
Yaşasın Azərbaycan!

İdman - dostluğun rəmzi, idman - sülh göyərçini,
İdman sevgi gətirər, qovar nifrəti, kini.
Yaradar qəlbimizdə qabiliyyət hissini,
Ağıl, qüvvə, ruh varsa, qələbə bizimlədir.

Var olsun Vətən, Ana torpaq.
Var olsun millət hər bir zaman.
Ucalsın əziz ulu bayrağ,
Yaşasın Azərbaycan! 

 

 


 

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013