Rəhbərlik

Rəhimov İlqar Elxan oğlu

prezident

 7 fevral 1964 -cü ildə anadan olub. 1985- 1991 -ci illərdə Maliyyə Nazirliyində, 1991- 1993 -cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993 -cü ildən indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışır. 1999 -cu ildən nazirin 1-ci müavinin vəzifəsində işləyir. AMPK-nın 1996 -cı il təsis konqresində qrumun prezidenti seçilib. 1996 -cı il Atlanta, 2000 -ci il Sidney, 2004 -cü il Afina,2008-də Pekin və 2012-ci ildə London  Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.


Qasımov Natiq Misir oğlu 

birinci vitse prezident

17 mart 1957-ci ildə anadan olmuşdur.Azərbaycan Kənd Təsərrüfatı inistutunu və İqtisad  Universitetini bitirmişdir.Əmək fəaliyyətinə 1976-cı ildən başlayaraq 1981-ci ilə kimi bir sıra təşkilatlarda çalışmışdır. 1981-ci ildən 1992-ci ilə kimi Azərbaycan  LKGİ Ağdam rayon komitəsində və Azərbaycan LKGİ MK-da, 1992-ci ildən 1997-ci ilə kimi Dövlət Əmək və Sosial Məsələlər Komitəsində və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində, 1997-ci ildən 2012-ci ilə kimi BMT-nin İnkişaf Proqramı,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində məsul vəzifələrdə çalışmışdır.

07 dekabr 2012-ci ildə Milli Paralimpiya Komitəsində keçirilən Komitə yığıncağında Milli Paralimpiya Komitəsinin vitse prezidenti vəzifəsi həvalə edilmiş, 08 fevral 2013 ildə isə Milli Paralimpiya Komitəsinin IV hesabat seçki konqresində birinci vitse prezident vəzifəsinə seçilmişdir.


Zəkiyev İlham Əzizağa oğlu

Vitse prezident

3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisi olan Əzizağa Zəkiyevin ailəsində anadan olub. 1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gələrək görmə qabiliyyətini tamamilə itirib. O, 2002-ci il noyabr ayının 1-dən paralimpiya komandası sıralarında məşqlərə başlamışdır. 2004-ci ildə Afinada keçirilən XII Yay Paralimpiya Oyunlarının, 2008-ci ildə Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarının qalibi. 2012-ci il London XIV Yay Paralimpiya Oyunlarının bürünc medalçısı. Üç qat dünya çempionu. Altı qat avropa çempionu. Bakı şəhərində keçirilən ilk 2015 Avropa Oyunlarının qalibi. "Şöhrət" ordeni, Azərbaycan əməkdar idman ustası, "Qızıl çinar" beynəlxalq mükafatı, "Tərəqqi" medalı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu".

 

 


Həmidov Şaiq Məmməd oğlu

Baş katib

19 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır.1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak"  Könüllü İdman cəmiyyəti  Mingəçevir şəhər şurasının sədri, Azərbaycan  OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər  İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan   Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər  Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir.

08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyyəti rəhbərinin müavini olmuşdur.




Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013