BP

BP Azərbaycan şirkəti Azərbaycan  Milli Paralimpiya Komitəsinin (MPK) əsas tərəfdaşıdır. Bu strateji tərəfdaşlıq BP şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu nümayiş etdirir və  paralimpiyaçıların idman zirvələrini fəth etməsinə, onların bütün idman aləminə həyəcanlı anlar yaşatmasına töhfə verir.

 

       BP Azərbaycan şırkəti və Azərbaycan Milli Paralimpiya komitəsi arasında ilkin saziş London 2012 Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə - 2013-cü ildə 2016-cı ilədək və hazırda 2020-ci ilədək uzadılıb. Tərəfdaşlıq müddəti ərzində BP ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verməyə davam edəcək. 

Bu əməkdaşlığın bir hissəsi olaraq BP Azərbaycan şirkətinin səfirləri seçilmiş bir qrup Azərbaycanlı Paralimpiya atletlərinə dəstək olmuşdur. Bundan əlavə BP Azərbaycan "Michael Johnson Performance" (MJP) şirkəti ilə birgə elit idmançıların inkişafı və təlimi proqramına, 2014 Gənc İdmançıların Təlimi proqramına, London 2012,  Bakı 2015 və Rio 2016 Oyunlarına sponsorluq etmişdir.

 BP-nin paralimpiya idman növləriilə əlaqəsi onun London 2012 Oyunlarının tərəfdaşına çevrilməsindən sonra başladı.

    BP hazırda Beynəlxalq Paralimpiya Komitəsinin iki qlobal tərəfdaşından biri, habelə on Milli Paralimpiya Komitəsinin tərəfdaşı və 26 paralimpiyaçının sponsorudur.

    BP Rio 2016 Oyunlarına vəsiqə qazanmış idmançılardan  üç nəfərinə   dəstək vermiş və onlar oyunlar üçün BP-nin idman elçiləri seçilib. Həmin idmançılar İlham Zəkiyev (paralimpiyaçı cüdoçu), Oleq Panyutin (paralimpiyaçı atlet),  Oloxan Musayevdir (paralimpiyaçı atlet) .

   BP  şirkəti  Azərbaycanda  uşaqların  Paralimpiya  Hərəkatının  inkişaf  etdirilməsi və  genişlənməsinə  dair  Azərbaycan  Milli  Paralimpiya  Komitəsinin  2013-2016-cı  illər  üzrə  strateji  planının  icrasına  dəstək  olmaq  öhdəliyi  götürüb. Bu  plana  yeni  paralimpiya  idman  növləri  üzrə  idmançıların  yetişdirilməsi  və  ölkədə bu  növlərin  təşviq  edilməsi  daxildir.

         Milli  Paralimpiya  Komitəsi  ilə  tərəfdaşlıq  çərçivəsində  BP şirkətinin dəstəyi ilə müxtəlif  bölgələrdə  Paralimpiya idman Festivalları keçirilmişdir. Paralimpiya  hərəkatına dəstək  məqsədi  ilə  BP şirkəti "Ford"  markalı  xüsusi  təyinatlı  mini-avtobus və  14  əlil  arabasını da  komitəyə  hədiyyə  etmişdir. 

09 fevral 2016-cı il tarixində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu məqsədlə ölkə daxilində və xaricində müxtəlif tədbirlər həyata keçirilmişdir və bütün bu tədbirlərdə BP şirkəti öz dəstəyini vermişdir.

     2016-cı ildə Tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, şirkət 2020-ci ilin sonunadək  Milli Paralimpiya komitəsi ilə rəsmi tərəfdaşlıq davam etdiriləcək: "Bu tərəfdaşlıq çərçivəsində bir qrup milli idmançıların Olimpiya və Paralimpiya Oyunları kimi beynəlxalq idman yarışlarına hazırlanmasına dəstək göstəriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək. BP növbəti il Azərbaycanda fəaliyyətinin 25 illiyini qeyd etməyə hazırlaşır. Buradakı fəaliyyətimiz ərzində biz ölkədəki həyatın bir çox aspektlərində yaxından iştirak etmişik. Fəaliyyətimizi təhlükəsiz və səmərəli şəkildə apararaq bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər, icmalar və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar qurmuşuq. AMOK və Paralimpiya Komitəsi ilə bağlanmış uzunmüddətli öhdəliyini nümayiş etdirir". 

   Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə qeyd edib ki, bu humanist addım onları sevindirir və BP şirkəti ilə rəsmi tərəfdaşlıq etdikləri üçün qürur duyurlar: "Çox sevindirici haldır ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesi deyil, həm də ölkənin idmanının inkişafına dəstək verir. Tərəfdaşlığın davam etdirilməsi üçün imzalanan sənəd Azərbaycanda paralimpiya hərəkatının daha da sürətlə inkişaf etdirilməsi ilə, növbəti ilin may ayında keçiriləcək "Bakı 2017" IV Islam Həmrəyliyi Oyunlarında və 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiyaçılarının daha da yüksək nəticələr əldə etmələrinə böyük töhfə verəcək".

Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013