Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı idman növü üzrə milli komandası Fransanın Şato şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər

30 Sen 2018

Unibankın dəstəyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının idmançıları Kamran Zeynalov və Yelena Taranova 22-30 sentyabr 2018-ci il tarixlərində Fransanın Şato şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər. Beləliklə Kamran Zeynalov 60 idmançı arasında 50 metr məsafədə 5 ci yerə, Yelena Taranova isə 38 idmançı arasında 10 metr məsafədə 5 ci yerə çıxıblar. Nəticədə idmançılarımız Tokio 2020 Paralimpiya Oyunlarına lisenziya əldə etmək üçün növbəti yarışa vəsiqə qazanıblar. İdmançılarımızı təbrik edirik və gələcəkdə yeni uğurlar arzulayırıq.
Bir daha komandamızın Dünya Kubokunda iştirakı zamanı göstərdiyi dəstəyə görə UNIBANK a və Azərbaycan Respublikasının Fransa Respublikasında fövqaladə və səlahiyyətli səfiri cənab Rəhman Mustafayeva böyük minnətdarlığımızı bildiririk.