Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Əlil arabasında idman rəqsi üzrə milli komandası Tayvanın Taypey şəhərində keçiriləcək Açıq beynəlxalq çempionatında iştirak edəcəklər

02 Okt 2018

“Pasha Travel” turizm şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əlil arabasında idman rəqsi  üzrə milli komandanın idmançıları Vüsalə Kərimova və  Fərid Mehdiyev 04-08 oktyabr 2018-ci il tarixlərində Tayvanın Taypey şəhərində keçiriləcək Açıq beynəlxalq çempionatında iştirak edəcəklər. Qeyd edək ki, əlil arabasında idman rəqsi üzrə idman növü Azərbaycanda yarandığı gündən “Pasha Travel” turizm şirkəti Milli Paralimpiya Komitəsinin rəsmi tərəfdası kimi həmin idman növünü dəstəkləyir.