Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında fərdi yarışlar başa çatmışdır

27 Iyu 2019

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında fərdi yarışlar başa çatmışdır.

İdmançılarımız bu yarışda 10 medal qazanmışlar (1 qızıl, 4 gümüş, 5 bürünc). Fərdi yarışlarda milli komandamız medalların sayına görə ikinci, medalların əyarına görə isə 4-cü yerə layiq görülmüşdür.

Beləliklə, -63 kg çəkidə dərəcəsində Hüseynova Xanım qızıl medal, +100 kg çəki dərəcəsində İlham Zəkiyev , -66 kg çəki dərəcəsində Bayram Mustafayev , +70 kg çəki dərəcəsində Dürsədəf Kərimova , -57 kg çəki dərəcəsində Sevda Vəliyeva gümüş medal qazanmışlar.

-100 kg çəki dərəcəsində Kənan Abdullaxanlı , -81 kg çəki dərəcəsində Hüseyn Rəhmli , -66 kg çəki dərəcəsində Namiq Abbaslı , -73 kg çəki dərəcəsində Ramil Qasımov və -52 kg çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medal qazanıblar.

İdmançılarımızı təbrik edirik!

Bugün komanda yarışları keçiriləcək.