Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək

21 Avq 2019

Milli Paralimpiya Komitəsində  Azərbaycandakı Amerika Ticarət Palatasının  nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Komitə ilə Palata arasında birgə əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə edilmişdir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə Palatanın nümayəndələrinə geniş məlumat vermiş,  birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırmışdır. 

Azərbaycandakı Amerika Ticarət Palatasının İcraçı direktorun müavini Zaur Kərimov Palatanın fəaliyyəti barədə məlumat vermişdir. Z.Kərimov daima Milli Paralimpiya Komitəsinin fəaliyyətini izlədiklərini və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bidirərək, Komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd etmişdir.  

Müzakirələrin yekunu olaraq paralimpiya hərəkatının inkişafına dəstək ola biləcək  birgə Layihələrin və təqdimatların hazırlanması, Korporativ Sosial Məsuliyyət mövzusunda tədbirlərin keçirilməsi və bu istiqamətdə nüfuzlu şirkətlərlə əlaqələrin qurulması sahəsində birgə fəaliyyət barədə razılığa gəlinmişdir.

Görüşdə Azərbaycandakı Amerika Ticarət Palatasının KSM Komitəsinin sədri Günel Fərəcova, Layihə rəhbəri Ayşən Qarayeva,  Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı  və digər məsul şəxslər iştirak etmişlər.