Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Güllə atıcılığı idmanı növü üzrə Paralimpiya Milli Komandası Dünya çempionatı öncəsi Qəbələ şəhərində təlim məşq toplantıs keçirir.

23 Avq 2019

Atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandası 21 avgust tarixindən Qəbələ şəhərində yerləşən atıcılıq kompleksində təlim məşqlərə başlamışdır. Təlim məşq toplantısı 03 sentyabradək davam edəcəkdir. Bu təlim məşq toplantısı oktyabr ayında Avstraliyanın Sidney şəhərində keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədi daşıyır. Bu çempionat Tokyo 2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.

         Qey edək ki, UniBank 2017-ci ildən başlayaraq güllə atıcılığı idman növü üzrə Paralimpiya Milli Komandasına dəstək verir.  Qəbələdə keçirilən təlim məşq toplantısı və Avstraliyanın Sidney şəhərində keçiriləcək dünya çempionatında idmançılarımızın iştirakı UniBankın maliyyə dəstəyi ilə həyata keçirilir.