Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycan para velosipedçisi ilk dəfə Dünya Çempionatında

09 Sen 2019

Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək. Yarış 11-15 sentyabr tarixləri arasında Hollandiyanın Emmen şəhərində baş tutacaq.  

Yarışda Azərbaycanı Mehman Ramazanzadə təmsil edəcək. 

İdmançımız yarışda iştirak etmək üçün artıq ötən gecə Hollandiyaya yola düşüb.

Xatırladaq ki, para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.