Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanlı paralimpiyaçı Dünya çempionatında daha bir medal qazandı

12 Sen 2019

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının üzvü Roman Saleh bu günlərdə Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında ikinci medalını qazanıb. 

İdmançımız üzgüçülüyün sərbəst (Freestyle) növündə yarışıb. O 50 metr məsafəni 24.32 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. 

Yarışda birinci yerə 23.53 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi İlya Yeremenko layiq görülüb. İkinci yeri isə Ukraynanın digər təmsilçisi 23.91 saniyəlik nəticə Yaroslav Denisenko qazanıb. 

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan təmsilçisi bu yarışlarda üzgüçülüyün arxası üstə yarışlarında ikici yeri tutaraq "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.