Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Azərbaycanın para taekvondo idman növü üzrə paralimpiya yığma komandası Avropa Çempionatında iştirak edir

30 Okt 2019

Azərbaycanın para taekvondo idman növü üzrə paralimpiya yığma komandası Avropa Çempionatında iştirak edir. Yarış 31 oktyabr tarixində İtaliyanın Bari şəhərində baş tutacaq.

Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında məşqçi Yaşar Səfərov, idmançılar, Aynur Məmmədova, Röyalə Fətəliyeva, Elimxan Manafov, İmaməddin Xəlilov, Sadiq Həmidov, Abülfəz Abuzərli, Hüseyn Həsənov və Vuqar Adishirinov təmsil edəcəklər.