Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Müyəssərlik üzrə ekspertlər

11 Apr 2020

Müyəssərlik üzrə ekspertlər online rejimində beynəlxalq sertifikat almaq üçün son tapşırıqları yerinə yetirirlər.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli Fərmanının ( http://www.e-qanun.az/framework/43256 ) 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə 06 sentyabr 2019-cu il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK), “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi” və Beynəlxalq Texniki Sertifikatlaşma ekspert mərkəzi arasında gələcək əməkdaşlıq barədə üçtərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 03-08 oktyabr 2019-cu il və 24-27 fevral 2020-ci il tarixləri ərzində Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək milli mərkəzi”-nin və Beynəlxalq Texniki Sertifikatlaşma ekspert mərkəzinin əməkdaşları tərəfindən müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarlar keçirilmişdir.
Seminarlarda Azərbaycan Milli Paralimpiya Komitəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki layihə təşkilatlarının, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və müstəqil ekspertlər iştirak ediblər.
İmzalanmış müqaviləyə əsasən seminarın üçüncü mərhələsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində baş tutmalı idi, lakin pandemiya ilə əlaqədar yaranmış vəziyyətə görə ekspertlərin təlimi online rejimində keçirilir və son tapşırıqlar yerinə yetirilir. Yekunda keçiriləcək imtahanlardan müvəffəqiyətlə keçən iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.
ARMPK-nin müyəssərlik üzrə işçi qrupu layihələndirilən və yeni tikilən obyektlərə, eyni zamanda artıq mövcüd olanların ağlabatan uyğunlaşdırılması üzrə öz tövsiyyə və rəylərini verə bilərlər. Artıq UNICEF-in Azərbaycan nümayəndəliyinin sifarişi ilə ARMPK-nin müyəssərlik üzrə işçi qrupu bir neçə təhsil müəssisələrində və inzibati binalarda monitorinq aparmış, təkliflər hazırlamış və nümunə kimi “Dalğa Plaza”-da standartlara uyğun pandus quraşdırılmışdır.
Azərbaycan Milli Paralimpiya Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli Fərmanının (http://www.e-qanun.az/framework/43256) 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə dövlət qurumları, xüsusilə yerli icra hakimiyətləri və ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.