Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“Valideyn Klubu” yaradıldı.

09 Apr 2020

Uşaq Paralimpiya Komitəsində “Valideyn Klubu” yaradıldı.
Azərbaycan Milli Paralimpiya Komitəsində uşaq paralimpiyaçıları ilə əlaqələrin möhkəmləndirilməsi, uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək və uşaq paralimpiya hərəkatında valideynlərin daha yaxından iştirak etməsini təmin etmək məqsədilə valideynlərdən ibarət “Valideyn klubu”-nun yaradılması qərara alınmışdır.
Bu məqsədlə valideynlərin iştirakı ilə sosial şəbəkə üzərindən online iclas keçirilmişdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək valideynlərin uşaq paralimpiya hərəkatının inkişafında daha yaxından iştirak etmələrini vacib olduğunu vurğulayıb.
İclasda “Valideyn klubu”-nun reqlamentinin hazırlanması, mütamadi görüşlərin və birgə tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin əməkdaşı Ülkər Əlizadə klubun koordinatoru təyin edilib.
Hər idman növündən 2 və ya 3 valideynin daxil olduğu klubun fəaliyyəti uşaqların asudə vaxtlarının, hər növ sosial tədbirlərin və idman yarışlarının təşkilindən ibarət olacaq.