Tokio 2020-yə Qalan Vaxt -

2012-ci il yarışlarının yekunu

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları XİV London Yay Paralimpiya Oyunlarında yüksək nəticə əldə etmişlər. 6 idman növü üzrə yarışlara qatılan 21 idmançı 12 medal ( 4 qızıl, 5 qümüş, 3 bürünc ) qazanmış, 166 ölkə arasında 27 ci yeri tutmuşlar. Bu nəticə Paralimpiyaçıların iştirak etdiyi 5 Paralimpiya Oyunlarında ən yüksək uğurudur. 2008 ci il XIII Pekin Yay Paralimpiya Oyunları ilə müqayisədə milli komanda həm qızıl, həm gümüş medallar üzrə əldə olunan nəticəni 2 dəfə artırmışdır. Yalnız bürünc medal fərqi 2 ədəd az olmuşdur . Bu səbəbdən də Pekin Paralimpiya Oyunlarında 146 ölkə arasında 38 ci yer tutan komandamız 11 pillə irəliləmişdir.

İdman növləri üzrə medallar aşağıdakı kimi paylanmışdır:

1.             Cüdo - 2 qızıl + 1 bürünc

2.             Atletika - 1 qızıl + 1 qümüş + 2 bürünc

3.             Üzgüçülük - 1 qızıl + 4 gümüş

Müqayisə üçün XIII Pekin Yay Paralimpiya Oyunlarında medallar aşağıda göstərilən kimi bölünmüşdür.

1.             Cüdo - 1 qızıl + 2 gümüş + 1 bürünc

2.             Atletika - 1 qızıl + 1 gümüş + 4 bürünc

 

Cüdo idman növü üzrə milli komandamız ilk dəfə olaraq Dünya komandaları arasında 3 yeri tutmuşdur.

Azərbaycan Paralimpiyaçıları Avropa ölkələri arasında 13 yer , MDB ölkələri arasında 4-cü, Müsəlman olkələri  arasında isə 4-cü yeri tutmuşdur.

166 iştirakçı ölkədən yalnız 74 ölkə medala layiq görülmüşdür, onlardan 52 ölkə qızıl medallar qazanmışdır ki, bu sırada Azərbaycan  27 - ci dir.

Fəxrlə qeyd etmək olar ki, Azırbaycan Paralimpiyaçıları İsveç, Avstriya, Finlandiya, İsveçrə, Norveç, Belçika, Macarıstan, Çex respublikası, Türkiyə, Yunanıstan, İzrayıl, Latviya, Rumıniya, Bolqarıstan, Danimarka kimi tanınmış Avropa ölkələrini, Misir ərəb respublikası, Merakeş, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Malayziya, Kipr, Səhudiyyə Ərəbistanı və Özbəkistan kimi müsəlman ölkələrini geridə qoymuşdur.

Eyni zamanda, respublikamızdan bu Paralimpiya Oyunlarının yekunlarına görə yuxarı pillələrdə qərarlaşan komandaların, demək olarki, hamısı böyük idmançı heyyəti ilə ( 50-200 - dən artıq idmançı ilə), iştirak etmişlər. Bu müqayisədə, milli komandamızın 21 nəfər idmançı heyyəti ilə 12 medal qazanmasını böyük uğur hesab etmək olar.

Bu ilki Paralimpiya Oyunlarında iştirak edən milli komandamızın uğurlarından biri də, həm 6 idman növü ilə iştirakımız, həm də qadın idmançılarımızın sayının 1 nəfərdən 5 nəfərə çatdırılması və onların qızıl, qümüş medallar qazanmasıdır.

1.   Kişi idmançılar - 2 qızıl + 1 qümüş + 3 bürünc

2.   Qadın idmançılar - 2 qızıl + 4 qümüş

Yekun nəticə kimi qeyd etmək lazımdır ki, 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan Milli komandasının çıxışlarını uğurlu hesab etmək olar.