Tokio 2020-yə Qalan Vaxt -

2010-cu il yarışlarının yekunu

Paralimpiyaçı idmançılarımız əvvəlki illərdən fərqli olaraq 8 idman növü üzrə müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirak etmişlər: Cüdo, Atletika, Pauerliftinq, oturacaq Voleybol, Qolbol, Üzgüçülük, Güllə atıcılığı və Kamandan oxatma. 1 il ərzində yüksək səviyyədə idman nailiyyətləri göstərən paralimpiyaçılar 36 medal qazanmışlar. Bunlardan 16 qızıl, 9 gümüş, 11 bürünc medaldir. Yuxarida göstərilən medallardan 2 qızıl, 3 gümüş və 2 bürünc medal yalnız  dünya çempionatlarında, qalanlar isə avropa çempionatlarında və "A"  kateqoriyalı beynəlxalq turnirlərdə qazanılmışdır.

   Əlamətdar hal kimi qeyd etmək vacibdir ki, ötən ildə idmançılarımızın şəxsi göstəriciləri xeyli yüksəlmişdir, belə ki gənc atlet Elçin Muradov 100 metr məsafəyə qaçmaqda dünya rekorduna imza atmişdir(10.66s)

   Dünya reytinqində idmançılarımızdan güllə atıcılığı idmanının 10 metrik məsafəyə pnevmatik tapançadan atəş açmağda birinci yerin sahibi 3 Paralimpiya Oyunlarının iştirakçısı, Sidney Paralimpiya Oyunlarının gümüş, Afina Paralimpiya Oyunlarının bürünc mükafatçısı Yelena Taranovadır.

   Habelə atletikanın nüvə itələmə növündə Pekin Paralimpiya Oyunlarının qalibi və rekordçusu Oloxan Musayev , 100 metrlik məsafəyə qaçmaqda "A" kateqoriyalı beynəlxalq turnirin qalibi Elçin Muradov dünya reytinqində birinci, uzununa tullanma idmanı ilə Afina Paralimpiya Oyunların qalibi, Pekin Paralimpiya Oyunlarının bürünc medalçısı Oleq Panyutin və Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı Rza Osmanov ikinci, gənc atlet Hüseyin Həsənov dördüncü yerləri bölüşdürürlər.

   Fəal inkişaf mərhələsi keçən ümidverici idman növü kimi Qolbol və oturacaq voleybol  idmanların xüsusi qeyd etmək lazımdir.

  2010-cu ilin idman nəticələri idmançılarımızın 2011-ci ildə daha da yüksək nəticələrə nail olmalarından xəbər verir. Həmin il, həm də 2012-ci il London Paralimpiya Oyunlarına hazırlığ baxımından həlledici il olduğu üçün Komitənin rəhbərliyi, məşqçi müəllim heyyəti, xüsusən də idmançılar daha ciddi masələlərin həllini qarşılarında məqsəd qoymuşdular. Eyni zamanda, 2011-ci ilin əvvəlindən etibarən iki yeni , Atçılıq və badminton idman növlərinin inkişaf etdirilməsinə start verilmişdir. Artiq bu idman növləri üzrə həm məşqçi müəllimlər, həm də idmançilar təyin olunmuşlar.