Tokio 2020-yə Qalan Vaxt -

2011-ci il yarışlarının yekunu

2011 ci il Azərbaycan Respublikası Milli Paralimpiya komitəsi idmançıları üçün uğurlu olmuşdur. Belə ki, Paralimpiyaçılar 2011 il ərzində 8 idman növü üzrə dünya, avropa çempionatlarında, dünya oyunları, dünya kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda mübarizəyə qoşulmuş və yüksək idman nailiyyətləri göstərmişlər. İdmançılar 52 medal qazanmış və ötən ilə nisbətdə 16 medal artıq əldə edərək bu ili başa vurmuşlar.

 

(2010 cu il 36 medal, 2011 ci il 52 medal).

İdman növü

Qızıl

Gümüş

Bürünc

Cəmi

Atletika

12

12

11

35

Cüdo

4

2

2

8

Güllə atıcılığı

2

1

2

5

Üzgüçülük

1

-

2

3

Pauerliftinq

-

-

1

1

Cəmi

19

15

18

52

 

 52 medaldan 6-sı dünya çempionatlarında, 4-ü avropa çempionatlarında, 42-si isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən Dünya Oyunları, Dünya Kuboku və "A" kateqoriyalı rəsmi yarışlarda qazanılmışdır.

 2011 ci ilin nəticələri əsasında 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20- dir. Lakin bu say son deyil. Belə ki, idmançılarımız 2012 ci ilin 4 ayı ərzində bir neçə lisenziya xalı verən rəsmi yarışda iştirak edərək lisenziyalar qazana bilərlər.

 2011 ci il həmdə onunla əlamətdardır ki, yeni 5- ci idman növündə - "kamandan oxatma" da Zinyət Vəliyeva London Paralimpiya Oyunlarına lisenziya qazanmışdır. Bu il titullu idmançılarla bərabər qənc idmançılar cüdoçu Bayram Mustafayev 66 kg çəki dərəcəsində, Hüseyn Həsənov atletikanın uzununa tullanma növündə və Samir Nəbiyev atletikanın disk atma növündə lisenziya normativini doldurmuşlar

 Hazırda milli komanda üzvləri yarışlara hazırlıqla əlaqədar məşqlərin davam etdirirlər. Komitənin məsul işçiləri yeni 2012 ci ilə təqvim plannarının tərtibatı üzərində işləyir, idmançıların XIV London Yay Paralimpiya oyunlarına hazırlığı ilə əlaqədar münasib yarışlar və təlim məşq toplantılarının keçirilmə yerlərini müəyyən edirlər.

 2012 ci ildə nəzərdə tutulan yarışlar, milli komandaların üzvləri üçün idman hazırlıqlarının qorunub saxlanılmasına və yeni lisenziyaların alınması üçün vacibdir. AMPK- nın rəhbərliyi Paralimpiyaçı idmançıların 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarında daha yaxşı hazırlaşmaları üçün həm mənəvi həm də maddi köməkliklərini əsirgəmir. Ənənəyə uyğun olaraq 1996 cı ildən dinamik inkişaf yolu keçən Paralimpiya idmanı geridə qalan Paralimpiya Oyunlarında qazanılan uğurlu nəticələri yaxşılaşdıracaq, medalların sayını həm əyyarına, həm də sayına görə artırılmasına nail olacaqlar.